Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669
  • 100 RUB 2.0809
  • GBP 2.2284
  • TRY 0.0336
  • CNY 0.2547
  • GEL 0.6566
  • 100 KZT 0.3732
  • UAH 0.0378
  • AED 0.4628
Gündəm

Orta aylıq əməkhaqqı 2029-cu ildə 1400 manatı ötəcək

2026-cı ildə Azərbaycanda orta aylıq əməkhaqqının 1 170,8 manata çatacağı proqnozlaşdırılır.

Yeniera.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında əksini tapıb.

Məlumata görə, 2027-ci ildə bu göstərici 1 246,8 manat, 2028-ci ildə 1 327,6 manat, 2029-cu ildə isə 1 411,8 manat səviyyəsində olacaq.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1098,1 manat təşkil edib.

Paylaş: