Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Qəzzada ölənlərin sayı 68 527 nəfərə çatıb

Qəzzada ölənlərin sayı 68 527 nəfərə çatıb

Qəzza zolağında ölənlərin sayı son 48 saatda 8 nəfər artaraq 68 527 nəfərə çatıb.

Yeniera.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi son məlumatlarla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada dağıntılar altından çıxarılan 8 cəsədin və 13 yaralının Qəzza zolağındakı xəstəxanalara son 48 saatda çatdırıldığı, atəşkəs başlayandan bu yana ölənlərin ümumi sayının 93-ə çatdığı vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, atəşkəsdən sonra 337 nəfər yaralanıb, dağıntılar altından 472 cəsəd çıxarılıb

İsrailin Qəzza zolağına 8 oktyabr 2023-cü ildə başlayan hücumları nəticəsində ölənlərin sayı 68 min 527, yaralıların sayı isə 170 min 395-ə çatıb.

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail tərəfindən geri qaytarılan 195 cəsəddən yaxınları tərəfindən müəyyən edilənlərin sayı 72-yə çatıb.

Qəzza zolağında minlərlə ölülərin dağıntılar altında qaldığı bildirilir.

Yeganə

Paylaş: