Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, noyabrın 21-dən 22-dək Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putin şəxsən iştirak etməyəcək, lakin ölkə kifayət qədər təmsil olunacaq.
Yeniera.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Prezident Putin tədbirdə şəxsən iştirak etməyəcək, lakin Rusiya, əvvəllər qeyd etdiyimiz kimi, yüksək səviyyədə təmsil olunacaq. Kimlərin iştirak edəcəyini zamanla sizə məlumat verəcəyik”, – deyə Kreml sözçüsü qeyd edib.
Yeganə

