Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı
  • Beyləqanda ağır qəza – Ata öldü, oğul yaralandı+Yenilənib
  • Ağır qəzada ölən 24 yaşlı Yusifin FOTOSU
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Qalmaqal bitməyən 198 saylı bağçadan daha bir şikayət – FOTO

Qalmaqal bitməyən 198 saylı bağçadan daha bir şikayət - FOTO

Cəmiyyət Ariz Əhədov07.07.2026 - 13:14
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Mövzu ilə bağlı 198 saylı bağçanın valideyn komitəsinin sədri Yeniera.az-a açıqlama verib.

Adının çəkilməsini istəməyən qadın bildirib ki, valideynlər 1 iyun –  Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar öncədən birlikdə razılığa gələrək övladları üçün vahid geyim sifariş ediblər.

“Tərbiyəçilərin, müdiriyyətin xəbəri olmadan təşkilatçılığı valideyn olaraq özümüz həyata keçirdik. Yazılan məlumatların hamısı əsassızdır” – deyə komitə sədri yekunlaşdırıb.

******

07.07.2026

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 198 saylı körpələr evi–uşaq bağçası haqda iddialar səsləndirilmişdi.

Deyilənlərə görə, bağça üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılması və mənimsənilməsi halları qeydə alınıb.

Sözügedən iddialarda bildirilib ki, ərzaqların bağçadan aparılması prosesi əvəzedici müdir təyin edilən Vəsilə Bayramovanın göstərişi ilə həyata keçirilir. Uşaqların qidalanması üçün nəzərdə tutulan müxtəlif ərzaq məhsulları mütəmadi şəkildə müəssisədən çıxarılıb.

Qalmaqal səngiməyən bağça ilə bağlı bu dəfə də daha ciddi iddialar səsləndirilib.

Bu barədə Yeniera.az-a həmin bağçada təhsil alan azyaşlılardan birinin valideyni bildirib.

Valideyn şikayətində qeyd edib ki, may ayının 31-də bağçada təhsil alan uşaqların valideynlərinin “Whatsapp” qrupuna 1 iyun – Beynəlxalq Uşaqlar Günü ilə bağlı səs yazısı göndərilib və valideynlərdən uşaqları üçün vahid köynək almaq üçün 12 manat pul yığılması tələb olunub. “Whatsapp” qrupuna səs yazısını göndərən şəxs isə özünü bağçanın valideyn komitəsinin sədri kimi təqdim edib.

Şikayətçinin sözlərinə görə, o, əvvəlcə 12 manatı ödəmək istəməsə də, övladının digər uşaqlardan seçilməməsi üçün məcbur olaraq ödənişi edib. O bildirib ki, dövlət bağçasında bu kimi hallar yolverilməzdir və qanunsuz hesab edilir. Valideyn həmin şəxslə danışaraq bu qərara etiraz edib və müəllim ilə danışmaq istədiyini bildirib. Bu zaman özünü valideyn komitəsinin sədri kimi təqdim edən qadın buna ehtiyac olmadığını, bu təşəbbüsdən bağça rəhbərliyinin və müəllimin xəbərdar olmadığını bildirib. Bu təşəbbüsün onun özü tərəfindən irəli sürüldüyunü iddia edib.

Bundan əlavə, valideyn komitəsinin sədri bağçada uşaqlar üçün piknik təşkil edəcəklərini deyib. Şikayətçi isə qeyd edir ki, onun övladının səhhətində ciddi problemlər var və hər qidadan istifadə edə bilmir.

Bununla bağlı o, bağça rəhbərliyinə məlumat versə də, rəhbərlik bildirib ki, bura dövlət əsaslı bağça olduğundan əlavə qidalar gətirməyə icazə verilmir. Valideyn israrla vurğulayıb ki, piknik zamanı əlavə qidalar gətiriləcək.

Narazı valideyn qeyd edir ki, bunu rəhbərliyə bildirsə də, rəhbərlik “bir gündür, heç nə olası deyil” deyərək məsələdən yayınıb. Bundan əlavə, şikayətçi valideyn komitəsinin sədrinə etiraz etsə də, komitə rəhbəri yenidən onun şəxsi təşəbbüsü olduğunu söyləyərək bu məsələyə heç kimin qarışa bilməyəcəyini kobud şəkildə ifadə edib.

Valideyn məsələnin ictimailəşdirilməsini, 198 saylı bağçada qanunsuzluq və özbaşınalıq hallarına son verilməsini, eyni zamanda aidiyyatı qurumların bu məsələni araşdırmasını istəyib.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu göndərilsə də, sorğumuz cavabsız qaldı.

Materiala dair fotoları təqdim edirik:

Leyla Cəfərova

 

 

Bənzər Xəbərlər

01.08.2026 - 01:04Gülnar Əliyeva

İki ay əvvəl təyin olunduğu vəzifəsindən ayrıldı

31.07.2026 - 22:54Gülnar Əliyeva

Bu yollar 2 gün bağlı olacaq

31.07.2026 - 22:20Gülnar Əliyeva

General-mayor Natiq Əliyevin qızına qarşı dələduzluq edildi

31.07.2026 - 20:05Gülnar Əliyeva

Prezidentin Qırğızıstan səfərindən - Görüntülər

31.07.2026 - 19:42Gülnar Əliyeva

Prezidentin Qırğızıstana səfəri başa çatdı - Video

31.07.2026 - 19:02Gülnar Əliyeva

Evinə gələn yol qonşusu tərəfindən zəbt edilən qadın danışdı - Gədəbəydən ŞİKAYƏT

31.07.2026 - 18:47Gülnar Əliyeva

"Ganjavi Holding" jurnalistləri peşə bayramı münasibətilə təbrik edib - FOTOLAR

31.07.2026 - 18:41Gülnar Əliyeva

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - Fotolar

31.07.2026 - 18:40Gülnar Əliyeva

Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 406

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 644

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 672

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 525
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.