Rusiyalı alimlər Baykal gölündə və Anqara çayının su anbarlarında insan və heyvanlar üçün təhlükəli toksinlər istehsal edən sianobakteriyalar aşkar ediblər. Bəzi ərazilərdə toksinlərin konsentrasiyasının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi normanı yüz dəfələrlə üstələdiyi bildirilir.
Yeniera.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.
Tədqiqat Sibir Bölməsi Rusiya Elmlər Akademiyasının Limnologiya İnstitutunun alimləri tərəfindən aparılıb.
İnstitutun Su Mikrobiologiyası Laboratoriyasının rəhbəri Olqa Belıxın sözlərinə görə, söhbət mikrosistinlər və saksitoksinlərdən gedir. Mikrosistinlər insan və ya heyvan orqanizminə daxil olduqda zəhərlənməyə və qaraciyərin zədələnməsinə səbəb ola bilər. Saksitoksinlər isə sinir sisteminə təsir edən zəhərli maddələrdir.
Alim xəbərdarlıq edib ki, saksitoksinlər sinir hüceyrələri arasında siqnalların ötürülməsini bloklayır. Bu isə iflicə, hətta orqanizmin ölümünə gətirib çıxara bilər.

