Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8631 ▲0.0024
  • 100 RUB 2.0562 ▼0.0157
  • GBP 2.2271 ▲0.0019
  • TRY 0.0335
  • CNY 0.2551 ▲0.0003
  • GEL 0.6572 ▲0.0004
  • 100 KZT 0.3721 ▲0.0022
  • UAH 0.0376 ▲0.0001
  • AED 0.4628
Sağlamlıq

Böyrək xəstəliyinə qarşı ən effektiv ÜSUL

Böyrək xəstəliyinə qarşı ən effektiv ÜSUL

Duz istehlakının azaldılması xroniki böyrək xəstəliyinin müalicəsində istifadə olunan və böyrəkləri qorumağa yönələn dərmanların təsirini əhəmiyyətli dərəcədə artıra bilər.

Yeniera.az xəbər verir ki, bu nəticəyə Böyük Britaniyanın Edinburq Universitetinin tədqiqatçıları gəlib. Araşdırmanın nəticələri “Kidney International” elmi jurnalında dərc olunub.

Tədqiqatda xroniki böyrək xəstəliyindən və proteinuriyadan (sidikdə zülalın normadan artıq olması) əziyyət çəkən 12 yetkin şəxs iştirak edib. Proteinuriya böyrəklərin zədələnməsinin göstəricilərindən biri hesab olunur və xəstəliyin irəliləməsi ilə əlaqələndirilir.

İştirakçılar hər biri 14 gün davam edən iki fərqli qidalanma rejiminə əməl ediblər. Birinci mərhələdə onlar gündə orta hesabla 13,3 qram, ikinci mərhələdə isə 6,3 qram duz qəbul ediblər.

Tədqiqatçılar duz qəbulunun azaldılmasının böyrəkləri qorumaq üçün istifadə olunan dərmanların effektivliyini artıra biləcəyini müəyyən ediblər.

Paylaş: