Avropa İttifaqına (Aİ) üzv ölkələr Parisin Fransada prezidentliyə namizəd, “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin hakimiyyətə gəlməsinin mümkün nəticələrini şişirtdiyindən ehtiyat edirlər.
Yeniera.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Fransa kənd təsərrüfatı sektoruna əlavə olaraq 35 milyard avro subsidiya ayrılmasını tələb edir. Bu isə Aİ büdcəsində digər sahələr üçün nəzərdə tutulan vəsaitlərin yenidən bölüşdürülməsini tələb edir.
Yelisey sarayının nümayəndəsi bildirib ki, Paris bu vəsait hesabına Fransanın kənd təsərrüfatı subsidiyalarının hazırkı səviyyəsini qorumağa çalışır.
Bununla belə, Aİ-nin bəzi üzv ölkələri Fransanın tələblərini yerinə yetirməyə tələsmir. Onlar Parisin sağçı partiyanın nümayəndəsinin hakimiyyətə gəlməsi ehtimalının mümkün nəticələrini şişirdə biləcəyini düşünürlər.
Avropalı diplomatların birinin sözlərinə görə, Fransa Le Penin rəhbərlik etdiyi hökumət perspektivi ilə digər ölkələri qorxudaraq bu vəziyyətdən faydalanmağa çalışır.
YENİERA.AZ

