Əlcəzairdən Afrikaya uçan təyyarədə ürəyi dayanan əlil qız rusiyalı həkimlərin müdaxiləsi ilə xilas edilib.
Yeniera.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.
Hadisə Əlcəzairdən Tinduf şəhərinə uçan təyyarədə baş verib. Sərnişinlər arasında Rusiya Humanitar Missiyasının nümayəndələri Zabil Alperkerov, İlya Marey və İlya Kosmaçov da olub. Uçuşun təxminən 1 saat 20-ci dəqiqəsində onlar bir neçə sıra aralıda əyləşən əlil qızın vəziyyətinin pisləşdiyini görüblər.
Qızın ürəyi dayandıqdan sonra həkimlər dərhal reanimasiya tədbirlərinə başlayıblar. Onlar 48 dəqiqə ərzində onun həyatını xilas etməyə çalışıblar. Təyyarə Əlcəzairin Adrar şəhərində təcili eniş etdikdən sonra qız sonrakı müalicə üçün yerli həkimlərə təhvil verilib.

