Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8631 ▲0.0024
  • 100 RUB 2.0562 ▼0.0157
  • GBP 2.2271 ▲0.0019
  • TRY 0.0335
  • CNY 0.2551 ▲0.0003
  • GEL 0.6572 ▲0.0004
  • 100 KZT 0.3721 ▲0.0022
  • UAH 0.0376 ▲0.0001
  • AED 0.4628
Dünya

Kreml Fon der Lyayenin tələbinə cavab verdi: “Rusiya heç nəyə borclu deyil”

Kreml Fon der Lyayenin tələbinə cavab verdi: “Rusiya heç nəyə borclu deyil”

Rusiya Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin enerji infrastrukturu ilə bağlı qış atəşkəsi tələbini qəbul etməməlidir. Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov jurnalist Pavel Zarubinə açıqlamasında bildirib.

Yeniera.az xəbər verir ki, Peskov Rusiyanın ilk növbədə öz milli maraqlarını təmin etməli olduğunu vurğulayıb.

“Rusiya heç nəyə borclu deyil. Rusiya öz milli maraqlarını təmin etməlidir. Əlbəttə, bu cür ultimatumlarla çıxış edən tərəflərin nizamlanma üzrə danışıqlarda vasitəçi və iştirakçı roluna iddia etməsi çox çətindir”, – deyə o bildirib.

Peskovun sözlərinə görə, bu cür bəyanatlar Avropa ölkələrinin konstruktiv mövqe tutaraq Ukraynada sülh prosesinə töhfə verə biləcəyi ilə bağlı Rusiyanın narahatlıqlarının əsaslı olduğunu bir daha göstərir.

Paylaş: