Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8631 ▲0.0024
  • 100 RUB 2.0562 ▼0.0157
  • GBP 2.2271 ▲0.0019
  • TRY 0.0335
  • CNY 0.2551 ▲0.0003
  • GEL 0.6572 ▲0.0004
  • 100 KZT 0.3721 ▲0.0022
  • UAH 0.0376 ▲0.0001
  • AED 0.4628
Dünya

Qanunsuz kürü satanlar saxlanıldı

Qanunsuz kürü satanlar saxlanıldı

Rusiyanın Xabarovsk diyarında nərə balığı və kaluqa kürüsünün qanunsuz dövriyyəsində ittiham olunan beş nəfər barəsində cinayət işinin istintaqı başa çatıb. Onlar ümumilikdə 240 kiloqram qara kürünü qanunsuz əldə edərək Xabarovsk şəhərində satmağı planlaşdırıblar.

Yeniera.az xəbər verir ki, bu barədə region prokurorluğu məlumat yayıb.

İstintaqın versiyasına görə, beş nəfər Olonqi kəndində Amur nərəsi və kaluqa balığının kürüsünü alıb. Daha sonra məhsulu Xabarovsk şəhərinə apararaq satmaq qərarına gəliblər.

Yükün maneəsiz daşınması üçün onlar yük avtomobili ilə sürücü tutublar. Sürücü yol polisi postlarında əməkdaşların yüklə bağlı suallar verə biləcəyini bildirsə də, sifarişçilər bu xəbərdarlığı nəzərə almayıblar.

Daşınma zamanı avtomobil Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Yoxlama zamanı avtomobildə nərə balığı kürüsü olan 480 plastik qabın yerləşdirildiyi 8 polimer kisə aşkarlanıb.

Faktla bağlı xüsusi qiymətli bioloji resursların qanunsuz əldə edilməsi maddəsi ilə cinayət işi açılıb. İstintaq başa çatdırılıb və iş materialları mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

YENİERA.AZ

Paylaş: