Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8631 ▲0.0024
  • 100 RUB 2.0562 ▼0.0157
  • GBP 2.2271 ▲0.0019
  • TRY 0.0335
  • CNY 0.2551 ▲0.0003
  • GEL 0.6572 ▲0.0004
  • 100 KZT 0.3721 ▲0.0022
  • UAH 0.0376 ▲0.0001
  • AED 0.4628
Dünya

Rusiyanın dondurulmuş aktivlərinin Aİ-nin idarəçiliyinə verilməsini təklif etdi

Rusiyanın dondurulmuş aktivlərinin Aİ-nin idarəçiliyinə verilməsini təklif etdi

Almaniyanın keçmiş müdafiə naziri Anneqret Kramp-Karrenbauer Rusiyanın dondurulmuş aktivlərinin Avropa İttifaqının idarəçiliyinə verilməsini və sonrakı mərhələdə Ukraynanın maliyyələşdirilməsi üçün istifadə olunmasını təklif edib.

Yeniera.az xəbər verir ki, o, bu barədə “Ukrinform”a açıqlamasında bildirib.

Kramp-Karrenbauerin sözlərinə görə, ilk növbədə Avropa səviyyəsində Ukraynaya uzunmüddətli dəstəyin davam etdirilməsi ilə bağlı razılıq əldə olunmalıdır. O hesab edir ki, buna nail olmağın ən yaxşı yollarından biri Rusiyanın dondurulmuş aktivlərinin Aİ-nin idarəçiliyinə verilməsidir.

Keçmiş nazir qeyd edib ki, Almaniya hökumətinin mövqeyi Ukraynanın uzunmüddətli və sabit maliyyələşdirilməsini təmin etməkdən ibarətdir. Onun fikrincə, bu məsuliyyəti bütün Avropa dövlətləri bölüşməlidir.

Kramp-Karrenbauer vurğulayıb ki, Almaniya kansleri Fridrix Merts də bu məsələni qarşıdakı illər üçün Avropa İttifaqının büdcəsi ilə əlaqələndirib. Onun sözlərinə görə, Aİ daxilində keçiriləcək növbəti müzakirələr belə bir qərarın qəbul edilməsinin mümkün olub-olmadığını aydınlaşdıracaq.

YENİERA.AZ

Paylaş: