Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” oyununu izləmək üçün Rusiyadan gələn azarkeş stadionda dünyasını dəyişib.
YENİERA.az “Ajans.az”a istinadən xəbər verir ki, hadisə qarşılaşmanın ikinci hissəsində Bakı Olimpiya Stadionunda baş verib.
Tribunadan matçı izləyən Krasnoyarsk diyarından olan 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib və o, elə yerindəcə vəfat edib.
İlkin ehtimala görə, azarkeş ürək çatışmazlığından ölüb. Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib, faktla bağlı araşdırma aparılır.

