Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Montella Türkiyə millisindən qovuldu
  • AZAL-ın Moskvaya uçan təyyarəsi Sankt-Peterburqa məcburi eniş etdi
  • TƏBİB-də yeni təyinat: Şöbə müdiri təyin edildi – FOTO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»AZAL-ın Moskvaya uçan təyyarəsi Sankt-Peterburqa məcburi eniş etdi

AZAL-ın Moskvaya uçan təyyarəsi Sankt-Peterburqa məcburi eniş etdi

Gündəm Gülnar Əliyeva09.10.2026 - 20:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Hava Yollarının 9 oktyabr tarixinə planlaşdırılan J2-185/J2-186 nömrəli Bakı–Moskva (Domodedovo)–Bakı və J2-805/J2-806 nömrəli Bakı–Moskva (Vnukovo)–Bakı reyslərinin icrasında Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən dəyişikliklər yaranıb.

Bu haqda Yeniera.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, səhər saatlarında həyata keçirilən J2-185 nömrəli Bakı–Moskva reysi Sankt-Peterburq şəhərinə məcburi eniş edib.

Hava məkanında yenidən məhdudiyyətlərin tətbiq olunması səbəbindən təyyarənin Bakıya geri qayıtması mümkün olmayıb.

Həmçinin səhər saatlarında həyata keçirilən J2-805 nömrəli Bakı–Moskva reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb.

Mövcud məhdudiyyətlər təyyarələrin vaxtında təyinat hava limanlarına çatmasına və növbəti uçuşların icrasına da təsir göstərib. Bu səbəbdən müvafiq marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri də təxirə salınıb.

Azərbaycanın milli aviadaşıyıcısı vəziyyəti operativ şəkildə izləyir və sərnişinlərə zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər həyata keçirir. Uçuş cədvəlində baş verən dəyişikliklərlə bağlı sərnişinlər rəsmi informasiya kanalları vasitəsilə məlumatlandırılacaqlar.

Azərbaycan Hava Yolları üçün sərnişinlərin və uçuşların təhlükəsizliyi əsas prioritet olaraq qalır. Bütün əməliyyat qərarları mövcud şərait və təhlükəsizlik tələbləri nəzərə alınmaqla qəbul edilir.

Bənzər Xəbərlər

09.10.2026 - 21:00Gülnar Əliyeva

Montella Türkiyə millisindən qovuldu

09.10.2026 - 20:11Gülnar Əliyeva

TƏBİB-də yeni təyinat: Şöbə müdiri təyin edildi - FOTO

09.10.2026 - 20:05Gülnar Əliyeva

Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq

09.10.2026 - 19:35Gülnar Əliyeva

Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...

09.10.2026 - 19:00Gülnar Əliyeva

Azərbaycanda həkim vəfat etdi

09.10.2026 - 18:30Gülnar Əliyeva

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

09.10.2026 - 16:45Gülnar Əliyeva

Məktəblərdə geyim formaları ilə bağlı RƏSMİ AÇIQLAMA

09.10.2026 - 15:33Gülnar Əliyeva

Dərsdə zəhərlənən uşaqların vəziyyəti necədir? - FOTO

09.10.2026 - 15:18Gülnar Əliyeva

Beyləqanda məktəbdə şagirdlər zəhərləndi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 263

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 242

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 142

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.