Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Dünya

Rusiya Polşa ilə bağlı bu ittihamı rədd etdi

Rusiya Polşa ilə bağlı bu ittihamı rədd etdi

Rusiya Polşanın hava məkanının pozulması ilə bağlı irəli sürülən ittihamları əsassız hesab etdiyini açıqlayıb. Rusiya səfiri Georgi Mixno noyabrın 20-də baş verdiyi iddia edilən hava məkanı insidentlərində Moskvanın əli olması barədə ittihamları rədd edib.

YENİERA.AZ xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfirliyinin “Telegram” kanalında məlumat verilib.

Diplomatik nümayəndəliyin açıqlamasında bildirilib ki, səfir Rusiyaya qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edərək, onların əsassız, sübutsuz və heç bir dəlillə təsdiqlənmədiyini vurğulayıb.

Rusiya səfirliyi Polşa tərəfinin ittihamlarının siyasi mülahizələrə əsaslandığını iddia edib. Diplomatlar, həmçinin Polşa rəsmilərinin ritorikasından narahatlıq ifadə edərək, bu cür bəyanatların ölkədə Rusiyaya qarşı mənfi münasibəti gücləndirdiyini bildiriblər.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Polşadakı səfiri Georgi Mixno Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Polşa hakimiyyətinin ölkənin hava məkanının pozulması ilə bağlı Rusiyaya qarşı irəli sürdüyü ittihamlar olub.

Paylaş: