Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Dünya

Zaxarova Aİ-ni Rusiyaya qarşı yeni sanksiyaların qiymətini hesablamağa çağırdı

Zaxarova Aİ-ni Rusiyaya qarşı yeni sanksiyaların qiymətini hesablamağa çağırdı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Komissiyasına (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketinin Avropa İttifaqına və üzv ölkələrə neçəyə başa gələcəyini hesablamağı tövsiyə edib.

YENİERA.AZ xəbər verir ki, Zaxarova bu barədə “Sputnik” radiosunun efirində danışıb.

Qeyd edək ki, noyabrın 23-də Avropa Komissiyası Rusiyanın maliyyə qurumlarına və kriptovalyuta platformalarına qarşı yönəlmiş 22-ci sanksiyalar paketini təqdim edib.

Zaxarovanın sözlərinə görə, yeni məhdudiyyətlər təklif etməklə Avropa Komissiyası öz yanaşmasını bir daha nümayiş etdirib. O, sanksiyalar paketinin hər bir bəndinə bu qərarların Aİ büdcəsinə və ayrı-ayrı üzv dövlətlərə nə qədər maliyyə yükü yaradacağının əlavə edilməsini təklif edib.

Diplomat bildirib ki, bu, ilk növbədə Avropa vətəndaşlarına münasibətdə dürüst yanaşma olardı. Onun sözlərinə görə, Avropa İttifaqı iqtisadi birlik kimi yaradılıb və onun iqtisadi mahiyyəti dəyişməyib.

Paylaş: