Rusiya və Ukrayna həlak olan hərbçilərin cəsədlərinin yeni mübadiləsini həyata keçiriblər.
Yeniera.az TASS-a istinadən xəbər verir ki, bu barədə müharibə müxbiri Aleksandr Kots məlumat paylaşıb.
Moskva Kiyevə 250 cəsəd göndərib və bunun müqabilində 22 rus əsgərinin cəsədini qəbul edib.
“Cəsədlərin köçürülməsi prosesi yenicə başa çatıb. Biz Ukrayna ordusunun 250 əsgərinin cəsədini təhvil verdik və 22 qəhrəmanımızın cəsədini evə qaytardıq”, – deyə müharibə müxbiri bildirib.
YENİERA.AZ

