Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8631 ▲0.0024
  • 100 RUB 2.0562 ▼0.0157
  • GBP 2.2271 ▲0.0019
  • TRY 0.0335
  • CNY 0.2551 ▲0.0003
  • GEL 0.6572 ▲0.0004
  • 100 KZT 0.3721 ▲0.0022
  • UAH 0.0376 ▲0.0001
  • AED 0.4628
İqtisadiyyat

Xəyyam Fərzəliyev vəzifəsindən azad olundu – FOTO

Xəyyam Fərzəliyev vəzifəsindən azad olundu – FOTO

“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Fərzəliyev vəzifəsindən azad edilib.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.

O, bu vəzifədə 2018-ci dekabrın 27-dən çalışıb.

Qeyd edək ki, Xəyyam Oqtay oğlu Fərzəliyev 1979-cu il aprelin 19-da Rusiya Federasiyasının Kurqan şəhərində anadan olub.

2002-2003-cü illərdə “Baku Coca-Cola Bottlers Ltd” şirkətində biznesin inkişafı üzrə mütəxəssis, kredit nəzarətçisi, 2003-2005-ci illərdə “Reneyssans Konstrakşn” QSC-də Maliyyə şöbəsinin müdir müavini, 2005-2006-cı illərdə “Energo-stroy” MMC-də iqtisadçı, 2006-2007-ci illərdə Tikinti sahəsinin müdiri, 2007-2008-ci illərdə “Sigma Consulting” MMC-də maliyyə meneceri, 2008-2011-ci illərdə “ZQAN Holdings Limited” şirkətində maliyyə meneceri, Maliyyə departamentinin müdiri, 2013-2014-cü illərdə isə İdarə Heyətinin üzvü, Biznesin inkişafı departamentinin müdiri, 2015-2017-ci illərdə “Boston Consulting Group” MMC-də böyük məsləhətçi, 2017-2018-ci illərdə “GPB Razvitiye Aktivov” MMC-də icraçı direktor vəzifələrində çalışıb.

Xəyyam Fərzəliyev vəzifəsindən azad olundu

Paylaş: