Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8631 ▲0.0024
  • 100 RUB 2.0562 ▼0.0157
  • GBP 2.2271 ▲0.0019
  • TRY 0.0335
  • CNY 0.2551 ▲0.0003
  • GEL 0.6572 ▲0.0004
  • 100 KZT 0.3721 ▲0.0022
  • UAH 0.0376 ▲0.0001
  • AED 0.4628
Dünya

"Azərbaycana səfər edəcəm, ama Bakıya yox" – Simonyan

“Azərbaycana səfər edəcəm, ama Bakıya yox” – Simonyan

“Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb”​.

Yeniera.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bildirib.

Simonyan Azərbaycana planlaşdırılan səfəri haqqında da danışıb.

“Bəli, səfər dekabrın əvvəlində baş tutacaq, lakin Bakıya olmayacaq. Ehtimal edirəm ki, ya Gəncə, ya da hər hansı başqa bir şəhər olacaq, amma Bakı yox”, – o deyib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın dekabrda Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlamışdı.

Paylaş: