Böyük Britaniyanın “Daily Express” nəşri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə silahından istifadə ilə bağlı açıqlamalarını qorxunc təhdid kimi qiymətləndirib.
YENİERA.AZ xəbər verir ki, nəşrin müəllifləri Moskvanın bu bəyanatını Qərbə ünvanlanan ciddi xəbərdarlıq kimi şərh ediblər.
Buna səbəb Medvedevin Rusiyanın milli təhlükəsizliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə edə biləcəyini bildirməsidir.
Medvedev bir neçə gün əvvəl Kiyevə və Qərb ölkələrinə xəbərdarlıq edərək, müəyyən hallarda Moskvanın nüvə silahından istifadə etmək hüququna malik olmaqla yanaşı, buna məcbur da qala biləcəyini söyləyib.
Onun sözlərinə görə, adi silahlarla həyata keçirilən kütləvi hücum genişmiqyaslı fəlakətə səbəb ola bilərsə, Rusiya buna cavab olaraq qabaqlayıcı nüvə zərbəsi endirə bilər. Medvedev Ukraynaya nüvə silahının verilməsi halında da belə bir hücumun mümkün olduğunu istisna etməyib.
YENİERA.AZ

