Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Dünya

Bu aviaşirkət müflisləşmə təhlükəsi ilə üzləşib

Bu aviaşirkət müflisləşmə təhlükəsi ilə üzləşib

Norveçin aşağıbüdcəli aviaşirkəti “Norse Atlantic” kritik maliyyə vəziyyətində olduğunu açıqlayıb. Şirkət fəaliyyətini davam etdirmək üçün maliyyə dəstəyi axtarır və biznesinin mümkün satışını nəzərdən keçirir.

Yeniera.az xəbər verir ki, bu barədə aviaşirkətin rəsmi açıqlamasında bildirilib.

Şirkətin məlumatına görə, hazırkı maliyyə vəziyyəti kritikdir və fəaliyyətin davam etdirilməsi qısamüddətli likvidlik ehtiyaclarının qarşılanması üçün maliyyə vəsaitinin cəlb edilməsindən asılıdır. “Norse Atlantic” məsləhətçilərin dəstəyi ilə müxtəlif strateji variantları araşdırır və mümkün satışla bağlı danışıqlar aparır.

Bundan başqa, aviaşirkət əməliyyatlarının uzunmüddətli lizinq əsasında başqa daşıyıcıya verilməsi imkanını da nəzərdən keçirir. Şirkət qısamüddətli maliyyələşmə ilə bağlı ayrı-ayrı tərəfdaşlarla danışıqlar aparsa da, bu müzakirələrin konkret nəticə verəcəyinə zəmanət yoxdur.

Açıqlamadan sonra şirkətin Oslo birjasında səhmlərinin dəyəri 80 faizə qədər azalıb.

2021-ci ildə yaradılan “Norse Atlantic”in maliyyə çətinliklərinin bu il ABŞ-İran münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması ilə əlaqəli olduğu bildirilir. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Avropanın sənaye şirkətlərinin də ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi bildirilib.

YENİERA.AZ

Paylaş: