Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Dünya

Lukaşenko: Rusiya Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının vacibliyini anlayır

Lukaşenko: Rusiya Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının vacibliyini anlayır

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarda Avropa ölkələrinin iştirakı məsələsini müzakirə etdiyini bildirib.

Yeniera.az xəbər verir ki, o, bu barədə “Le Point” jurnalına müsahibəsində danışıb.

Lukaşenko Ukrayna ilə bağlı danışıqlarda avropalıların iştirakının vacibliyinə tam əmin olduğunu vurğulayıb. O, sonuncu dəfə Putin və Rusiya rəsmiləri ilə görüşündə bu mövqeyini açıq şəkildə ifadə etdiyini bildirib. Görüşün Əbu-Dabidəki danışıqlardan sonra baş tutduğu qeyd olunub.

Belarus lideri bildirib ki, Avropanın gələcəyini avropalıların iştirakı olmadan müzakirə etmək mümkün deyil. Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi halda bu iki ölkənin Avropanın gələcəyini müzakirə etməsi də suallar yaradır.

Lukaşenkonun sözlərinə görə, onun bu mövqeyi Rusiya tərəfi tərəfindən tam anlayışla qarşılanıb.

YENİERA.AZ

Paylaş: