Rusiya milli valyutalardan istifadə etməklə ticarət əməliyyatlarını qlobal siyasi vəziyyətin mənfi təsirlərindən və beynəlxalq bazarlardakı problemlərdən qorumağa çalışır. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
Yeniera.az xəbər verir ki, Putin bu fikirləri Bruney Sultanı Hacı Həsənəl Bolkiahla danışıqların yekunlarına dair açıqlamasında səsləndirib.
Rusiya liderinin sözlərinə görə, Moskva qarşılıqlı ticarət dövriyyəsini artırır və onun strukturunu şaxələndirir.
“Ölkəmiz dayanıqlı kredit-bank əməkdaşlığı kanallarını fəal şəkildə qurur, maliyyə hesablaşmalarında milli valyutalardan istifadə genişlənir”, – deyə Putin vurğulayıb.
O qeyd edib ki, bu yanaşma qarşılıqlı ticarəti qlobal bazarlardakı mənfi təsirlərdən və qiymət dəyişkənliyindən qorumağa imkan verir.
YENİERA.AZ

