Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Dünya

Fon der Lyayen Rusiyadan qış atəşkəsi tələb etdi

Fon der Lyayen Rusiyadan qış atəşkəsi tələb etdi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukrayna ilə bağlı Avropa nümayəndələrinin iştirakı ilə danışıqlara başlanmazdan əvvəl Rusiyadan enerji infrastrukturuna qarşı qış atəşkəsinə razılıq verməyi və Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətini təmin etməyi tələb edib.

Yeniera.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Rusiya enerji infrastrukturu ilə bağlı qış atəşkəsinə və Qara dənizdə gəmilərin təhlükəsiz keçidini təmin edən razılaşmaya razılıq verməlidir”, – deyə fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Rusiya bununla Ukrayna münaqişəsinin həlli istiqamətində razılaşmalara nail olmağa hazır olduğunu nümayiş etdirməlidir.

YENİERA.AZ

Paylaş: