Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Maraqlı

Evlərdə kif probleminin əsas səbəbi nədir? – Mütəxəssisdən AÇIQLAMA

Evlərdə kif probleminin əsas səbəbi nədir? – Mütəxəssisdən AÇIQLAMA

Evlərdə kifin yaranmasının və təkrar meydana çıxmasının əsas səbəblərindən biri istilik izolyasiyasının olmamasıdır.

Yeniera.az xəbər verir ki, bu barədə Mineral İzolyasiya İstehsalçıları Assosiasiyası “Rosizol”un icraçı direktoru Yevgeniya Sviridova RİA Novosti-yə açıqlamasında bildirib.

Araşdırmanın nəticələrinə görə, fərdi ev sahiblərinin 85 faizi evlərində kif problemi ilə qarşılaşıb. Onların 41 faizində kif yenidən yaranıb, respondentlərin yalnız 32 faizi isə bu problemdən birdəfəlik xilas ola bilib.

Mütəxəssisin sözlərinə görə, əksər hallarda kifin yaranmasına səbəb zəif istilik izolyasiyasıdır. Bu zaman yalnız otağın ümumi temperaturuna deyil, evin künclərinə, pəncərə və qapı birləşmələrinə, beton konstruksiyalara və digər həssas sahələrə diqqət yetirilməlidir. Həmin nöqtələrdə temperaturun aşağı, rütubətin isə yüksək olması kondensatın yaranmasına, nəticədə isə kifin əmələ gəlməsinə səbəb olur.

Sviridova ilk növbədə evdə artıq nəmin mənbəyinin müəyyənləşdirilməsini tövsiyə edib. Bunun səbəbi dam örtüyündə, suötürücü sistemlərdə, bünövrədə, binanın ətrafındakı drenaj sahəsində və ya borularda yaranmış nasazlıqlar ola bilər.

Bundan əlavə, havalandırma sisteminin, fasadın, suötürücü xətlərin, suvaq qatının və hidroizolyasiyanın vəziyyəti yoxlanılmalıdır. Ekspertin fikrincə, kifə qarşı kimyəvi mübarizəyə başlamazdan əvvəl bütün sızmalar və nəmin daxil olmasına şərait yaradan zədələr aradan qaldırılmalıdır.

Məlumata görə, evdə kif və su sızmasının mövcudluğunu göstərən əlamətlərdən biri də mokritsa adlanan xırda rütubətsevər canlıların meydana çıxmasıdır. Onlar insanları dişləmir, təhlükəli infeksiyalar daşımır və qida məhsullarına zərər vermir. Lakin sayları çoxaldıqda otaq bitkilərinə, şitillərə və tərəvəzlərə ziyan vura bilirlər.

Paylaş: