Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Maraqlı

Pişiklərə qazlı su vermək olarmı? – Baytardan XƏBƏRDARLIQ

Pişiklərə qazlı su vermək olarmı? – Baytardan XƏBƏRDARLIQ

Pişiklərin gündəlik su ehtiyacı qazsız, təmiz və təzə su ilə qarşılanmalıdır. Onlara əlavə fayda əldə etmək məqsədilə mineral su verməyə ehtiyac yoxdur. Xüsusilə müalicəvi mineral suların baytar məsləhəti olmadan heyvanların qida rasionuna daxil edilməsi tövsiyə edilmir.

Yeniera.az xəbər verir ki, bu barədə baytarlıq elmləri doktoru, ROSBİOTECH Universitetinin Tətbiqi və Fundamental Baytarlıq Təbabəti kafedrasının professoru Andrey Rudenko gazeta.ru-ya açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, mineral və qazlı su anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Mineral suyun tərkibində həll olmuş duzlar olur və onların miqdarı mənbədən asılı olaraq dəyişir. Qazlı suda isə karbon qazı mövcuddur. Buna görə də suyun qazsız olması onun pişiklər üçün gündəlik istifadəyə uyğun olduğu anlamına gəlmir.

Rudenkonun sözlərinə görə, az minerallaşmış qazsız su sağlam pişiklər üçün, adətən, uyğundur. Lakin müalicəvi və müalicəvi-süfrə mineral sularını baytar məsləhəti olmadan heyvanlara vermək olmaz. Belə suların tərkibində yüksək miqdarda natrium və digər mineral maddələr ola bilər.

O, xüsusilə böyrək və sidik yolları xəstəliklərindən əziyyət çəkən pişiklərin su seçiminə diqqət yetirilməli olduğunu vurğulayıb. Heyvan xüsusi müalicəvi yemlə qidalanırsa, istifadə ediləcək suyun növü baytarla razılaşdırılmalıdır. Bununla yanaşı, hər növ mineral suyun mütləq böyrək daşı xəstəliyinə səbəb olduğunu söyləmək də düzgün deyil.

Baytar həkim pişiklərə xüsusi olaraq qazlı su verməyi məsləhət görməyib. Onun sözlərinə görə, adi içməli suda olan karbon qazı zəhərli olmasa da, köp və narahatlıq yarada bilər. Suyun köpüklənməsi və heyvan üçün qeyri-adi hisslər yaratması isə pişiyin həmin sudan uzaq durmasına səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, pişik təsadüfən qatqısız qazlı sudan bir neçə qurtum içibsə və özünü normal hiss edirsə, narahatlığa əsas yoxdur. Lakin təkrar qusma, qarında şişkinlik və halsızlıq müşahidə olunarsa, baytar həkimə müraciət edilməlidir. Şirin qazlı içkilər, toniklər və enerji içkiləri isə pişiklərə qətiyyən verilməməlidir.

Rudenko suyun daim əlçatan olmasının, qabların müntəzəm yuyulmasının və suyun hər gün dəyişdirilməsinin vacibliyini də qeyd edib. Pişik qəfil əvvəlkindən çox və ya az su içməyə başlayarsa, bunu mineral su ilə həll etməyə çalışmaq əvəzinə baytara müraciət etmək lazımdır.

Paylaş: