Rusiyanın “Qızıl halqa” turizm marşrutuna daxil olan şəhərlər arasında Yeni il tətilində ən çox seçilən istiqamətlər bəlli olub.
Yeniera.az xarici mediaya istinadla xəbər verir ki, ən populyar şəhərlərin ilk üçlüyünə Nijni Novqorod, Yaroslavl və Tver daxil olub.
Reytinqin ilk beşliyində həmçinin Kostroma və İvanovo şəhərləri yer alıb.
Araşdırmaya əsasən, Yeni il tətili günlərində Nijni Novqorodda bir gecəlik qalmağın orta qiyməti 12,2 min rubl, Yaroslavlda 12,4 min rubl, Tverdə isə 7,9 min rubl təşkil edəcək.

